Müzakirələr zamanı iqtisadi əməkdaşlıq imkanlarının tam reallaşdırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Tərəflər ticarət, enerji, sənaye, nəqliyyat və digər istiqamətlərdə birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər Preferensial Ticarət Sazişinin iki ölkə arasında iqtisadi əlaqələrin və işgüzar əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər. Sazişin biznes subyektləri arasında əlaqələrin möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verdiyi vurğulanıb.