AZ

WUF13-də QHT-lərin şəhərsalma və qlobal tərəfdaşlıqdakı rolu müzakirə olunub

WUF13-də

Raxshanda

Müəllif

Raxshanda

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ilk dəfə “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda tədbir keçirilib.Ulusum.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan forumda vətəndaş cəmiyyətinin inklüziv şəhər planlaşdırılması və davamlı şəhər inkişafında rolu müzakirəyə çıxarılıb.BMT-nin United Nations Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ilk dəfə “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda tədbir keçirilib. Forumda vətəndaş cəmiyyətinin inklüziv şəhərsalma və davamlı şəhər inkişafındakı rolu müzakirə olunub. Anaklaudia Rossbax Azərbaycanın yenidənqurma prosesində icmaların fəal iştirakını yüksək qiymətləndirərək, QHT-lərin qlobal mənzil böhranının həllində vacib rol oynadığını bildirib.Hikmət Hacıyev COP29 çərçivəsində yaradılan Qlobal Cənub QHT Platformasının uğurlu beynəlxalq təşəbbüsə çevrildiyini vurğulayıb və şəhərlərin inkişafı ilə yanaşı mədəni irsin qorunmasının vacibliyini qeyd edib. Tədbirdə çıxış edən beynəlxalq nümayəndələr QHT-lərin hökumətlər, beynəlxalq təşkilatlar və yerli icmalar arasında mühüm körpü rolunu oynadığını bildiriblər. Forumda həmçinin şəhərlərin daha inklüziv, dayanıqlı və insan yönümlü inkişafı üçün çoxtərəfli əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

Diqqət Çəkənlər

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - VİDEO

Tbilisiyə qatar biletinin qiyməti açıqlanacaq

Şuşa və Trabzon şəhərləri qardaşlaşdı

Seçilən
40
ulusum.az

1Mənbələr