AZ

Manaf Ağayevdən sonrakı “mirni müğənnimiz” Saffari yazır…

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hərdən elə bilirəm ki, məsələn, Manaf Ağayev varsa, bəs Tacir Şahmalıoğluna nə ehtiyac var? Onlar arasındakı ciddi fərq nədir? Yəni olmurlarsa, ikisi də olmasın. Ancaq yox, mütləq biri olmalıdırsa, onda öz aralarında seçim eləsinlər. Bizi belə şeylərlə yormağa ehtiyac yoxdur.

Rəbbimizə min şükür, Tacir Şahmalıoğlu adı adamda heç bir ciddi sənət, sənətkar olaraq assosasiya doğurmur. Ən azından, heç olmasa, özünü bununla təsəlli edə bilirsən.

Onun adı gələndə adamın gözünün qabağına paytaxt, mimoza salatı, ilk baxışdan hansı ətlidi, hansı pendirlidir deyə seçə bilmədiyin bilinçik gəlir. Yəni toy.

Ancaq o da var, Tacir Şahmalıoğlu heç yaxşı toy müğənnisi də deyil. Adam bilmir ki, nəyi deyib and içsin, hara aid eləsin.

Əslində, toy belədir ki, bütün müğənnilər getsə də, bəzilərinin adı gələndə “manıs” deyə bilmirsən. Bilirsən ki, onun ciddi sənəti də var, toya da gedib çörək qazanır.

Qazanmağına Tacir Şahmaroğlu da çörək qazanır, ancaq ciddi heç nə yarada bilmir.

Heç toy səviyyəsində belə.

Tacir Şahmalıoğlunun həyatdakı tək uğuru “Bayatı-Şiraz” oxumağıdır deyəcəm, di gəl, o da şübhəlidir.

Əvvəllər hamı elə bilirdi ki, uşaq vaxtı oxuduğuna heç kim, heç nə çata bilməz. Sonra əksər müğənnilər oxudu, məlum oldu ki, heç onun oxumağında da ciddi bir şey yox imiş. Əksinə, yerindən duranlar ondan da yaxşı oxuyub qoydular ora və beləcə, “Bayatı-şiraz yaradıcısı” obrazı darmadağın oldu. Ancaq bir ara elə təqdim olunurdu ki, elə bil, muğamın UNESCO filialının müdiridir.

Hələ bu da azmış kimi, məlum oldu ki, sən demə, o Bayatı-şiraz özünə də məxsus deyilmiş.

Tacir Şahmalıoğlu bundan ona görə bərk yapışıb ki, tutmağa başqa ciddifason da bir şey yoxdur.

İndi onu bu dünyada, bu səhnədə xatırladan tək şey qalmaqallardır.

Heç olmasa, qalmaqalı belə sənətkar kimi etsəydi, əslində, dərd yarı idi. Ancaq görünür, Manaf Ağayevdən sonra şou-biznesin “mirni oğlanı” özü olmaq istəyir.

Məsələn, belə deyilsə, kim Tacir Şahmalıoğlunu ciddi nə iləsə xatırlayır? Ömründə bircə cümlə də olsa ciddi bir söz deyibmi?

Tacir Şahmalıoğlu müasir toylar üçün də çox köhnədir. Şəxsən o oxuyanda mənim gözümün qabağında həm də ağ kəmər, itiburun ayaqqabı və qırmızı köynək canlanır. Təbii, kəmərə bağlanmış telefon qabı və düyməli, başı fənərli olan bir telefon da.

Tacir Şahmalıoğlunun oxumağı təxminən belə bir effekt verir.

Tacir Şahmalıoğlu, bəli, bir dövrün simvoluna çevrilə bilmişdi. Ancaq problem ondadır ki, o dövr çoxdan keçib. Necə deyərlər, “getdi sənin dövranın”.

İndi onun obrazı, mikrafonu, “Bayatı-şiraz”-ı belə heç kimə lazım deyil.

Bəs indi Tacir Şahmalıoğlu insanda hansı effekti yaradır?

Məncə, Tacir Şahmalıoğlu Azərbaycan şou-biznesinin vaxtı keçmiş reklam banneridir. Sökməyə adamın əli gəlmir, saxlamağa da səbəb tapılmır. Hamı keçir yanından, heç kim baxmır, amma nədənsə, hələ də ordadır. Deyirsən, əşşi, qalıb da, dəymə.

İndi o bir az da müğənnidən çox toy videolarında təsadüfən görünən qohuma oxşayır.

Həmişə kadra girir, amma heç kim onun niyə orada olduğunu tam anlamır.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
icma.az

1Mənbələr