Bakı, 19 may, AZƏRTAC
Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının ilk dəfə WUF platformasına gətirilməsi ilə danışıqlarda formalaşan siyasi iradənin bələdiyyə səviyyəsində fəaliyyətə, mənzil strategiyasına və yerli iqlim maliyyəsinə çevrilməsi təmin olunur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyası”nın yüksəksəviyyəli iclasında bu tədbirin tarixi əhəmiyyətini vurğulayarkən söyləyib.
O bildirib ki, uzun müddət COP-larda iqlim sazişlərini müzakirə edənlərlə Ümumdünya Şəhərsalma Forumlarında şəhərsalma üzrə liderlər bir-birlərindən əlaqəsiz şəkildə, sanki paralel dünyalarda fəaliyyət göstərirdilər. Bakı Davamlılıq Koalisiyası məhz bu iki dünyanı bir araya gətirmək zərurətindən doğub.
Müxbirlər – Elgün Niftəli, Aytac Haqverdiyeva