AZ

Okan Buruk onun komandadan göndərilməsini tələb etdi - ŞOK QƏRAR

Türkiyə Superliqasında növbəti çempionluğunu rəsmiləşdirən "Qalatasaray" klubunda daxili böhran və transfer şoku yaşanır.

Fanat.Az xəbər verir ki, sarı-qırmızılıların baş məşqçisi Okan Burukun ulduz hücumçu Mauro İkardi ilə bağlı prezident Dursun Özbəkə təqdim etdiyi xüsusi hesabatın təfərrüatları mətbuata sızıb.

"Təqvim" qəzetinin yaydığı və idman mediasında geniş əks-səda doğuran şok iddiaya görə, təcrübəli mütəxəssis rəhbərliyə argentinalı forvard ilə yeni müqavilənin uzadılmamasını qəti şəkildə tapşırıb. Baş məşqçi öz rəsmi hesabatında, İkardi meydanda olduğu zaman komandanın ümumi oyun gücünün əhəmiyyətli dərəcədə zəiflədiyini və qazanılan xal ortalamasının aşağı düşdüyünü vurğulayıb.

Mövsüm ərzində Çempionlar Liqası və yerli liqada gərgin qrafik keçirən komandada intizam məsələlərinə və taktiki nizam-intizama xüsusi önəm verən Okan Buruk, hücum xəttində daha çox qaçan və presinq edən sistemə keçmək niyyətindədir.

Seçilən
5
1
fanat.az

2Mənbələr