AZ

Eldar Əzizovdan sovet binaları ilə bağlı mühüm AÇIQLAMA - VİDEO

Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov paytaxtımızda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində  "Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi" adlı dəyirmi masada mühüm açıqlamalar verib.


Sessiyadan sonra Manset.az-ın suallarını cavablandıran Eldar Əzizov bildirib ki, cənab Prezidentin tapşırığı ilə Bakı bulvarının genişləndirilməsi prosesi davam etdirilir. Onun sözlərinə görə, gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması planlaşdırılır. Bu istiqamətdə yeni parkların salınması və sahilyanı ərazilərin abadlaşdırılması işləri həyata keçirilir.

Sovet dövründə tikilmiş yaşayış binaları ilə bağlı suala cavabında isə Eldar Əzizov qeyd edib ki, Bakıda həmin dövrdə inşa olunmuş bir çox bina artıq istismar müddətini başa vurub. Bu səbəbdən, sakinlərə kompensasiya ödənilir, köhnə tikililərin yerində isə müasir yaşayış kompleksləri və iri parklar salınır.


Seçilən
17
manset.az

1Mənbələr