AZ

Fransada bildirilib ki, G7 də Rusiyaya qarşı sanksiyalarla bağlı fikir ayrılığı yoxdur

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Leskür bildirib ki, “Böyük Yeddilik” (G7) ölkələri arasında Rusiyaya qarşı sanksiya təzyiqlərinin davam etdirilməsi məsələsində heç bir fikir ayrılığı mövcud deyil.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Parisdə keçirilən G7 maliyyə nazirlərinin iclasından sonra təşkil olunan mətbuat konfransında bildirib.

“G7 ölkələri Rusiyaya qarşı sanksiya təzyiqlərinin davam etdirilməsi məsələsində yekdil mövqe nümayiş etdirdilər”, — deyə qeyd edib

Nazirin sözlərinə görə, “Rusiyanın Yaxın Şərqdəki vəziyyətdən fayda əldə etməsinə imkan vermək olmaz”.

Leskür həmçinin qeyd edib ki, G7 ölkələri qlobal iqtisadiyyat üçün mövcud risklər fonunda çoxtərəfli əməkdaşlıq üzrə öhdəliklərini bir daha təsdiqləyiblər.

İclas Fransanın şərqində yerləşən Evian şəhərində 15–17 iyun tarixlərində keçiriləcək G7 sammitinə hazırlıq məqsədi daşıyıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya qanunsuz sanksiyaların təsirlərini minimuma endirməyi öyrənib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr