UFC 25 iyulda Əbu-Dabidə Yas adasındakı “Etihad Arena”da keçiriləcək “UFC Fight Night” turnirini elan edib.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
İştirakçıların adları hələlik açıqlanmayıb. Əbu-Dabi BƏƏ paytaxtının Mədəniyyət və Turizm Departamenti ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində mütəmadi olaraq UFC turnirlərinə ev sahibliyi edir. Biletlər tezliklə satışa çıxarılacaq.