AZ

Keniya Bakı Davamlılıq Koalisiyasını dəstəkləməyə hazırdır

Keniya Bakı Davamlılıq Koalisiyasına dəstək göstərməyə hazır olduğunu ifadə edib.

"Far.Az" xəbər verir ki, bu barədə Keniyanın torpaq resursları, ictimai işlər, mənzil tikintisi və şəhər inkişafı naziri Elis Mutoni Vaxome Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyası" yüksəksəviyyəli iclasında bildirib.

"Bakı bizim üçün bir icma formalaşdırır və gələcəkdə birgə işi davam etdirməyə imkan verəcək fundamental platformanın əsasını qoyur. Mən bütün digər razılaşmalardan, o cümlədən Paris Sazişindən və Bakı Davamlılıq Koalisiyasından xəbərdaram. Biz bu fəaliyyətin davam etdirilməsinə köməklik göstərəcəyik və dövlət olaraq tərəfdaşlığa hazırıq", - o vurğulayıb.

Seçilən
31
far.az

1Mənbələr