AZ

Anar Quliyev azad edilmiş ərazilərdə dövlət tərəfindən həyata keçirilən işlərdən danışıb

Bakı, 19 may, AZƏRTAC

WUF13 çərçivəsində müharibə və işğalın yaratdığı dağıntıların nəticələrinin aradan qaldırılmasına həsr olunmuş xüsusi sessiyada çıxış edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev ölkəmizin azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış yaşayış məntəqələrinin bərpası istiqamətində gördüyü işlərdən danışıb.

AZƏRTAC xəbər verir ki, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı və Kəlbəcər şəhərlərinin bərpası konsepsiyasının icmalı ayrıca təqdim olunub.

Müxbir - Vüqar Seyidov

Seçilən
31
1
azertag.az

2Mənbələr