AZ

Hesabı ödəmədən restorandan çıxdılar və bunu etdilər - ŞOK

İspaniyada restoranda baş verən hadisə sosial şəbəkələrdə gündəm olub.

Musavat.com xəbər verir ki, bir qrup müştəri hesabı ödəmədən məkandan ayrılıb və masada əl yazısı ilə yazılmış qeyd qoyub.

Məlumata görə, müştərilər restoranda uzun müddət hesab istədiklərini, lakin işçilərin onlarla maraqlanmadığını iddia ediblər. Onlar qeyddə “Hesabı bir neçə dəfə istədik, amma gəlmədiyi üçün ödəniş etmədən gedirik” sözlərini yazıblar.

Hadisədən sonra restoran işçiləri böyük təəccüb yaşayıb. Sosial şəbəkələrdə yayılan paylaşım qısa müddətdə minlərlə insan tərəfindən müzakirə olunub.

İstifadəçilərin bir qismi müştərilərin davranışını “hörmətsizlik” adlandıraraq tənqid edib. Digərləri isə restoran xidmətinin zəif olması iddialarının da araşdırılmalı olduğunu bildirib.

Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr