AZ

Gördüm ki, mənim nömrəmlə özünə “Whatsapp” açıb

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Kürdəmir rayonunda 43 yaşlı kişi qeyri-rəsmi münasibətdə olan qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir şəhəri, Bakı prospektində baş verib. 1993-cü il təvəllüdlü Elnur həmin ünvanda tanışı Gülarə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qadının bədəninin müxtəlif nahiyyələrindən əli ilə bir neçə dəfə zərbələr vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə izahat verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fərdi əməklə məşğul olur:“2018-ci ildən Gülarə ilə qeyri-rəsmi nikahda yaşamışam. Lakin 2025-ci il aprel ayından ondan ayrılmışam Həmin vaxtdan Gülarə ilə aramızda bir neçə dəfə münaqişələr olub. Sonuncu dəfə həmin ilin iyunun 18-də, saat 18 radələrində taksi fəaliyyəti ilə məşğul olduğum özümə məxsus “Vaz 21074” markalı avtomobili Kürdəmir şəhəri Bakı prospektində yerləşən marketdən bir qədər aralıda saxladıqdan təxminən 20 dəqiqə sonra Gülarə mənə yaxınlaşdı, adıma olan və əvvəllər istifadə etdiyi mobil nömrəni ona verməyimi istədi. Gülarəyə həmin mobil nömrəni qırdığımı bildirdim. Bu zaman aramızda mübahisə yarandı”.Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Gülarə onun yaxasından yapışaraq gözündə olan gün eynəyini əliylə yerə atıb: “Bundan sonra Gülarə avtomobilin qapısının tutaraq dartdı. Onun biləklərindən tutaraq kənara itələdim. Lakin Gülarə yenidən avtomobilə tərəf gedərək zədə yetirmək istədi. Gülarəni kənarlaşdırmaq üçün ona bir neçə dəfə sağ əlimlə qəsdən vurdum. Bu zaman ətrafda toplaşan şəxslər Gülarəni və məni sakitləşdirərək aralaşdırdılar. Həmin vaxt o, ünvanıma nalayiq ifadələr işlətdi. Bu səbəbdən özümə məxsus avtomobilə əyləşərək oradan uzaqlaşdım”. İş üzrə zərərçəkmiş Gülarənin sözlərinə görə, 2018-ci ildən Elnur ilə qeyri-rəsmi nikahda yaşayıb, lakin 2025-ci il aprel ayından onunla ayrılıb:“Həmin vaxtdan Elnurla  aramızda bir neçə dəfə münaqişələr oldu. Sonuncu dəfə iyunun 18-də, saat 18 radələrində Elnurun mənim adıma olan mobil nömrədən “Whatsapp” mobil tətbiqində hesab açaraq istifadə etdiyini gördüm. Bu səbəbdən Elnuru Kürdəmir şəhəri, Bakı prospektində “dördyol” dairəsi adlanan ərazidə özünə məxsus avtomobildə əyləşməsini gördüm. Ona yaxınlaşaraq nömrəmi geri verməsini tələb etdim. Elnur ünvanıma nalayiq ifadələr işlədərək getməyimi tələb etdi. Təhqir etdiyi üçün onun dizinin üzərində olan gün eynəyini götürdüm və qıraraq yerə atdım. Bundan sonra Elnur avtomobildən düşərək saçımdan tutdu və baş nahiyyəmə bir neçə dəfə yumruqla zərbələr endirdim. Həmçinin sol qolumdan tutaraq itələyərək yerə yıxdı. Buna görə qolumum da xəsarət aldım. Bu zaman ətrafda toplaşan şəxslər bizi sakitləşdirdi, Elnuru məndən aralaşdırdılar”. Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Elnur 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Kürdəmir rayonunun kəndində yerləşən evini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Kürdəmir rayon ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan əlavə ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
demokrat.az

1Mənbələr