AZ

EFES 2026 da güc nümayişi Türkiyə yeni nəsil silahlarını təqdim etdi + VİDEO

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin ev sahibliyi ilə keçirilən EFES-2026 silah sərgisində yerli və milli hərbi texnologiyalar nümayiş etdirilib.

Doğanbəy Təlim Poliqonunda keçirilən sərgidə pilotsuz uçuş aparatları, silahlı pilotsuz sistemlər, tanksavar kompleksləri, zirehli texnikalar, radar və elektron müharibə sistemləri nümayiş olunub.

Sərgidə ilk dəfə təqdim olunan yeni nəsil sistemlərlə yanaşı, təlim zamanı istifadə edilən bir sıra silah və texnologiyalar da nümayiş etdirilib. 

16-21 may tarixlərində keçirilən sərgidə ASELSAN, ROKETSAN, BAYKAR və HAVELSAN başda olmaqla ümumilikdə 55 türk müdafiə sənayesi şirkəti iştirak edib.

Sərgi ziyarətçiləri müxtəlif simulyasiya sistemlərini sınaqdan keçirib, pilotsuz uçuş aparatları və digər hərbi texnologiyalarla yaxından tanış olublar.

ATAK hücum helikopterlərinin həyata keçirdiyi atışlarla bağlı görüntülər yayımlayıb.

Yayımlanan kadrlarda T129 ATAK helikopterlərinə sursat yüklənməsi və müəyyən edilmiş hədəflərin məhv edilməsi əks olunub.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
azpolitika.info

1Mənbələr