ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
“Regionun təhlükəsizlik memarlığının formalaşması baxımından Azərbaycanın beynəlxalq səviyyədə yüksək qiymətləndirilən və təqdir olunan mühüm təcrübəsi mövcuddur” .
Gununsesi.info bildirir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:
“Azərbaycan 30 ildən artıq müddətdə işğala və təcavüzə məruz qalan, əraziləri işğal altında olan ölkə olsa da, ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra regionda sülh təşəbbüskarı rolunda çıxış edib.
Prezident İlham Əliyevin rəhbərliyi və nümayiş etdirdiyi liderlik nəticəsində regionda davamlı sülhün təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ermənistan tərəfi də açıq şəkildə Azərbaycanın həyata keçirdiyi siyasətin nəticələrini etiraf edir.
Eyni zamanda Ermənistanda hələ də revanşist qüvvələr mövcuddur və onlar regionu yenidən münaqişə və qarşıdurma mühitinə sürükləməyə çalışırlar. Lakin hesab olunur ki, həmin qüvvələr məqsədlərinə nail ola bilməyəcəklər, çünki regionda artıq yeni reallıqlar formalaşıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda tarixi reallıqlara əsaslanan yeni siyasi mühit yaradıb. Bu reallığın əsasını ədalət, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması təşkil edir.
Dünyada müharibə və gərginliklərin artdığı bir dövrdə Cənubi Qafqazda sabitlik və real sülh mühiti mövcuddur. Həmçinin post-münaqişə dövründə Azərbaycan genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirir.
Kütləvi mina çirklənməsi şəraitində keçmiş məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli və şərəfli şəkildə doğma yurdlarına qayıdışı üçün zəruri şərait yaradılır”.
Firuzə
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.