ain.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin aprel ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (430.31 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay BƏƏ (375.66 Mbps) ikinci, Fransa (354.04 Mbps) üçüncü olub.
154 ölkə arasında sonuncu yerdə Türkmənistan (2.19 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 82-ci (91.57 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Aprel, 2026):
Sinqapur – 430.3 Mbps
BƏƏ – 375.7 Mbps
Fransa – 354 Mbps
Honkonq (Çinin xüsusi inzibati rayonu) – 350.7 Mbps
Çili – 345.1 Mbps
İslandiya – 343.1 Mbps
Makao (Çinin xüsusi inzibati rayonu) – 314.3 Mbps
ABŞ – 308.6 Mbps
İsveçrə – 295.7 Mbps
Danimarka – 292.9 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.