AZ

​“Rusiya ilı “boşanmaq” niyyətimiz yoxdur” Mirzoyan Putinə cavab verdi

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Biz Rusiya da daxil olmaqla, heç bir tərəfdaşımızla siyasi "boşanma" rəsmiləşdirmək niyyətində deyilik, lakin hər kəs suveren dövlətin müstəqil qərarlar qəbul etmək hüququna hörmət etməlidir. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan litvalı həmkarı ilə birgə mətbuat konfransında Moskvanın Aİ ilə inteqrasiya riskləri və xəbərdarlıqlarına dair suala cavab olaraq deyib.

Jurnalsitlərin suallarına cavab verərkən Rusiya rəhbərliyinin açıqlamalarını, xüsusən də Vladimir Putinin inteqrasiya vektoru ilə bağlı "qərar vermək" çağırışlarını və "sivil boşanma" eyhamlarını şərh edən nazir vəziyyəti həddindən artıq dramatikləşdirməməyə və süni gərginlikdən qaçmağa çağırıb. 

O qeyd edib ki, Ermənistanın Rusiya ilə çox güclü əlaqələri var və İrəvan bu qarşılıqlı faydalı münasibətləri sağlam atmosferdə inkişaf etdirməyə sadiqdir. Buna baxmayaraq, Mirzoyan Ermənistanın suveren seçimi ilə bağlı qəti və prinsipial mövqeyə malik olduğunu deyib: "Biz hər şeyi çox yaxşı başa düşürük və bizə Rusiya deməli deyil ki, Avrasiya İqtisadi İttifaqına üzvlük və Avropa İttifaqına üzvlük bir-biri ilə uyğun deyil. Avrasiya İqtisadi İttifaqında qalmaq və eyni zamanda Aİ-yə üzv olmaq olmaz. Bizim Avropa İttifaqına doğru hərəkətimiz davam edəcək".

Xarici işlər naziri əlavə edib ki, son seçim etmək vaxtı gələndə Ermənistan bu qərarı müstəqil şəkildə, kənardan təzyiq və ya təhrik olmadan, yalnız milli maraqlara diqqət yetirərək verəcək.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
azpolitika.info

1Mənbələr