Bakı, 19 may, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) davamlı və dayanıqlı şəhərlərin formalaşması ilə bağlı müzakirələr aparmaq baxımından çox əhəmiyyətlidir.
Bunu AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən İspaniyadan olan nümayəndə Xavyer Playa bildirib.
O deyib ki, bugünkü tədbir, həmçinin dünyada iqlim dəyişmələrinin yaratdığı problemlər və bütün dünya ölkələrinin yaşayış məntəqələrində insanların üzləşdiyi çətinliklərin həlli ilə bağlı adekvat strategiyaların işlənib hazırlanması və razılaşdırılması üçün də gözəl fürsətdir.
Müəllif – Tamilla Məmmədova