ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Son günlər qatar və dəmir yolu əlaqələrinin açılması ilə bağlı yenidən məlumatlar yayılır və ictimai müzakirələr güclənir. Bu məsələyə münasibət isə əvvəllər oxşar xəbərlərin nəticəsiz qalması fonunda daha ehtiyatlı yanaşma tələb edir.Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a bildirib ki, qatar və dəmir yolunun açılması ilə bağlı keçən il də oxşar məlumatlar yayılmışdı:"Həmin vaxt informasiyanı Gürcüstan Dəmir Yolları açıqlamışdı, daha sonra Gürcüstan hökumətinin də bunu təsdiqlədiyi deyilirdi. Lakin Azərbaycan tərəfindən rəsmi açıqlama verilmədiyi üçün proses baş tutmadı. Bu dəfə də əsas istinadlar Gürcüstan tərəfinə aiddir. Ona görə Azərbaycan tərəfindən rəsmi təsdiq olmadan bu xəbərlərə ciddi ümid bəsləmək doğru deyil.Ümumilikdə isə Azərbaycan yalnız Gürcüstanla deyil, bütün qonşu ölkələrlə sərhədlərin, dəmir yolu və avtomobil yollarının açılması məsələsinə baxmalıdır. Məhdudiyyətlər insanların gündəlik həyatına və iqtisadi vəziyyətinə mənfi təsir göstərir.Sərhədlərin bağlı qalması üçün açıq və əsaslı səbəblər görünmür. Bu baxımdan regional açılımlar daha faydalı ola bilər. Lakin hazırkı vəziyyət bunun yaxın zamanda reallaşacağını göstərmir",- deyə o qeyd edib".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.