AZ

Kobaxidze Gürcüstanla Azərbaycan arasında sərnişin qatarlarının hərəkətinin bərpasını alqışlayıb

“Tbilisi və Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası Gürcüstan-Azərbaycan münasibətləri, insanlar arasında əlaqələr, turizmin inkişafı üçün çox vacibdir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı bütün detallar barədə Azərbaycan tərəfi ilə razılığa gəlinib. "Gürcüstan və Azərbaycan arasında birgə müəssisə yaradılacaq və dəmir yolunun istismarı bu formatda təmin olunacaq", - Kobaxidze əlavə edib.

Qeyd edək ki, mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının hərəkəti altı illik fasilədən sonra bərpa olunacaq.

Seçilən
81
2
apa.az

3Mənbələr