ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 19 may, AZƏRTAC
Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti” mövzusunda tədbir keçirilir
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Baku Hub) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və digər şəxslər iştirak edir.
Sessiyalar zamanı iqlim dəyişiklikləri, post-münaqişə dövründə dayanıqlı yaşayış məntəqələrinin qurulması, təhlükəsiz geri dönüş mexanizmləri, şəhər dayanıqlılığı məsələləri müzakirə olunacaq.
Müxbir - Nailə Həsənova
Fotoqraf - Azər İbrahimov
Videooperator - Ələkbər Baxşiyev











Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.