AZ

“Urban Expo” sərgisində Azərbaycan Pavilyonunun açılışş baş tutdu - FOTOLAR

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb.


Manset.az xəbər verir ki, açılış tədbiri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Baş tutub. Sərginin ən böyük milli pavilyonu olan Azərbaycan pavilyonu 1500 kvadratmetr sahəni əhatə edir və ölkənin müasir şəhərsalma yanaşmalarını, dayanıqlı inkişaf konsepsiyasını nümayiş etdirir.

Pavilyonda Azərbaycanın şəhərsalma layihələri, İçərişəhərin mədəni irsi, ekoloji təşəbbüslər, turizm potensialı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri təqdim olunur.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə icra olunan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, regionun yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilir.

Qeyd edək ki, WUF13-ün əsas platformalarından olan “Urban Expo” sərgisində müxtəlif ölkə və təşkilatlar şəhərsalma sahəsində qabaqcıl təcrübələrini nümayiş etdirirlər.


Fidan Vəlisoy


Seçilən
2
manset.az

1Mənbələr