AZ

Ukraynanın Aİ yə qəbul danışıqlarının bloklanması Macarıstanın baş naziri üçün baha başa gələ bilər

ain.az bildirir, Bizimyol portalına istinadən.

Avropa İttifaqı dairələrində bildirilib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının başlanmasına icazə verilməməsi Macarıstanın baş naziri Peter Madyar üçün ciddi siyasi nəticələr doğura bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Aİ-nin adının açıqlanmasını istəməyən bir rəsmisi bildirib: “Bu qərar ona siyasi baxımdan baha başa gələcək”.

Məlumata görə, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Ukraynanın Aİ üzvlüyü üzrə danışıqlarının mümkün qədər tez başlanmasını, hətta iyun ayında keçiriləcək Aİ liderlər sammitinədək bu məsələnin həllini planlaşdırır. Bəzi Avropa rəsmiləri qərarın gələn həftə qəbul edilə biləcəyini desələr də, digər mənbələr bu ehtimalı “həddindən artıq optimist” hesab edirlər.

Eyni zamanda Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Ukrayna ilə danışıqların ilk mərhələsinin “yaya qədər” açılmasını hədəflədiklərini bildirib. Brüssel siyasi terminologiyasında “yay” adətən avqust ayını, yəni tətil mövsümünü əhatə edir. Lakin danışıqların başlanması üzvlük üçün nə zəmanət verir, nə də konkret vaxt çərçivəsi müəyyən edir. Məsələn, Türkiyə 2005-ci ildən Aİ-yə üzvlük danışıqlarına başlasa da, proses hələ də yekunlaşmayıb.

Məlumatda qeyd olunur ki, 12 aprel parlament seçkilərində Peter Madyar rəhbərlik etdiyi müxalif “Tisa” partiyası qalib gəlib və o, ölkənin yeni baş naziri olub. Kiyev bu nəticəni müsbət qarşılayaraq Macarıstanın Ukrayna siyasətində dəyişiklik olacağına ümid edib. Lakin “Politico” əvvəlcədən də yazıb ki, Budapeştin Ukrayna ilə bağlı siyasətində dərhal dönüş gözləmək bəlkə də həddindən artıq optimist yanaşmadır.

Beləliklə, Ukraynanın Aİ-yə üzvlük prosesi ətrafında müzakirələr Avropada həm siyasi gərginlik, həm də gözləntilərin toqquşması fonunda davam edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr