AZ

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 19 may, AZƏRTAC

Sosial inklüzivlik və mənzil təminatı bir-biri ilə ayrılmaz şəkildə bağlıdır və cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Somalinin Keniyadakı səfiri Cəbril İbrahim Abdul WUF13 çərçivəsində keçirilən "Mənzilin sosial və iqtisadi gücü. Mənzil hər kəs üçün bərabərlik təmin edərkən rifaha necə təkan verə bilər?" mövzusunda tədbirdə deyib.

O bildirib ki, müharibə və münaqişələr insanların yaşayış şəraitinə ağır təsir göstərərək həm sosial, həm də psixoloji travmalar yaradır, nəticədə yerdəyişmə və mənzil problemi daha da dərinləşir: “Bu istiqamətdə ölkəmizdə özəl sektorun, eləcə də Somali diasporunun mənzil sektoruna verdiyi töhfələr mühüm əhəmiyyət kəsb edir və yeni yaşayış məkanlarının qurulmasına dəstək verir. Torpaq idarəçiliyinin düzgün təşkili, torpağa əlçatanlığın təmin olunması və yerdəyişmə məsələlərinin həlli isə uzunmüddətli sosial sabitlik üçün əsas şərtlərdən biridir”.

Müxbir – Samirə Quliyeva

Fotoqraf - Səfiyar Məcnun

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
azertag.az

3Mənbələr