AZ

Aydın Kərimov xarici investorları Şuşa şəhərinə investisiya qoymağa çağırıb

Şuşa şəhərinə işğaldan azad ediləndən sonra xarici investisiya qoyulmayıb.

"Report" xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işlərində xarici investorları görmək niyyətində olduqlarını bildirib:

"Hazırda bu istiqamətdə işlər aparılır. Müasir turizim, sanatoriya-kurort məkanlarının yaradılması üçün xüsusi sənəd hazırlanır. Düşünürəm ki, bundan sonra xarici investorlar şəhərə investisiya yatıracaq".

Seçilən
28
far.az

1Mənbələr