Şuşa şəhərinə işğaldan azad ediləndən sonra xarici investisiya qoyulmayıb.
"Report" xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işlərində xarici investorları görmək niyyətində olduqlarını bildirib:
"Hazırda bu istiqamətdə işlər aparılır. Müasir turizim, sanatoriya-kurort məkanlarının yaradılması üçün xüsusi sənəd hazırlanır. Düşünürəm ki, bundan sonra xarici investorlar şəhərə investisiya yatıracaq".