AZ

Trampdan məscidə edilən hücumla bağlı İLK AÇIQLAMA

ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində yerləşən ən böyük məscidlərdən birində silahlı hücum baş verib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində bir mühafizəçi də daxil olmaqla 5 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

Hücum San Dieqo İslam Mərkəzində baş verib. İki silahlı şəxs məscidə daxil olaraq ətrafa atəş açıb. Hadisə zamanı məsciddə və mərkəzin nəzdində fəaliyyət göstərən məktəbdə çox sayda insanın olduğu bildirilir.

Məlumata görə, təhlükəsizlik qüvvələri hadisə yerinə operativ şəkildə cəlb olunub. Polis ərazini tam mühasirəyə alıb və xüsusi əməliyyat keçirib. Müdaxilə zamanı iki şübhəlinin zərərsizləşdirildiyi açıqlanıb.

Polisin yaydığı ilkin məlumatda bildirilir ki, hücum nəticəsində beş nəfər ölüb, çoxlu sayda yaralı var. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. San Dieqodakı Şarp Memorial Xəstəxanasının sözçüsü Alisiya Kuk bildirib ki, təcili yardım prosedurları dərhal aktivləşdirilib və hadisəyə cavab vermək üçün yerli hakimiyyət orqanları ilə koordinasiya aparılır.

Həmçinin hücum zamanı mərkəzdə yerləşən məktəbin təxliyə olunduğu, çox sayda uşağın təhlükəsiz şəkildə ərazidən çıxarıldığı qeyd edilir.

ABŞ polisi hadisəni nifrət cinayəti ehtimalı ilə araşdırır. ABŞ Prezidenti Donald Tramp isə ilk açıqlamasında baş verənləri “dəhşətli hadisə” adlandırıb.

Hadisənin motivi və hücumçuların kimliyi ilə bağlı araşdırmalar davam edir.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr