AZ

Xankəndi, Ağdərə və Xocalıya qayıdan ailələrin sayı açıqlanıb

“Xankəndi, Xocalı, Ağdərə 30 ildə yaddaşımızda ağrılarla, soyqırımlarla yadda qalıb”.

APA xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

Xüsusi nümayəndə qeyd edib ki, bu ərazilərdə bu gün ardıcıl, məqsədyönlü quruculuq işlər aparılır: “Bu gün azad olunan Xankəndiyə 71 ailə (302 nəfər), Ağdərəyə 857 ailə (3341 nəfər), Xocalıya 1083 ailə ( 4510 nəfər) qayıdıb.

Seçilən
1
17
apa.az

10Mənbələr