Mənzil təminatı problemi demokratiyaya qarşı olan bir çağırışdır.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Şəhərlər və Bələdiyyələrin (UCLG) Baş katibi Emilia Saiz WUF13 çərçivəsində təşkil edilən "Qlobal Mənzil Böhranı: Plan nədir?" tədbirində deyib.
O bildirib ki, mənzil təminatı böhran olmaqdan çıxıb, bu, həm də demokratiya məsələsidir.
"Bu məsələ getdikcə rəqəm və miqyas baxımından artır. Düşünürəm, mənzil təminatını yanlış yerlərdə planlaşdırırıq. Yanaşmanı dəyişməliyik. Qeyri-rəsmi məskənlərdə yaşayan insanların mənzildən çıxarılmasının qarşısını almalıyıq. Vəziyyəti birlikdə dəyişməliyik. Mənzil təminatını təkbaşına həll edə bilmərik. Sadəcə yerli hökümətlər deyil, digər sturkturlar da buna cəlb olunmalıdır. Mənzil çatımlığı sahəsində ayrıseçkiliyi də aradan qaldırmağa çalışırıq", - o vurğulayıb.
E. Saizin sözlərinə görə, maliyyə arxitekturasını, maliyyə quruculuğunu dəyişmək lazımdır:
"Çünki investisiya çatışmazlığı var. Xüsusilə, bəzi ölkələrdə bu daha dərindir. Beynəlxalq maliyyə infrastrukturu dəyişməlidir. Regional inkişaf bankları öz sözünü deməlidir".