AZ

Madyar da Ukraynanın Avropa İttifaqı arzusuna QARŞI ÇIXDI

Macarıstanın Baş naziri Peter Madyar bəyan edib ki, Budapeşt Kiyevdən Zakarpatyedəki macar icmasının hüquqlarının bərpası ilə bağlı 11 bənddən ibarət planın icra olunmasını tələb edir.

Bizim.Media xəbər verir ki, bu şərtlərə əməl olunması, Macarıstan tərəfinin iyun ayında Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı ilk danışıqlar klasterinin açılmasına razılıq verməsi üçün məcburidir.

Macarıstan Baş nazirinin sözlərinə görə, Budapeşt Zakarpatye macarlarının dil, təhsil və mədəni hüquqlarının hüquqi təminatını qorumaq məqsədilə artıq Kiyevlə texniki danışıqlara başlayıb.

Qeyd olunan tələblər siyahısı hələ 2024-cü ildə Viktor Orban tərəfindən formalaşdırılsa da, əvvəllər bəzi siyasi baxımdan həssas bəndlər tərəflər arasında ciddi fikir ayrılıqlarına səbəb olmuşdu.

Bizim.Media

Seçilən
14
2
bizim.media

3Mənbələr