AZ

Həkim ən faydalı və ən zərərli şorbaları açıqlayıb

Rusiyalı qastroenteroloq həkim Anastasiya Gostrous insan sağlamlığı üçün ən faydalı və zərərli şorbaların hansı olduğunu açıqlayıb.

Editor.az-ın məlumatına görə, mütəxəssis bildirib ki, bütün şorbalar orqanizm üçün eyni dərəcədə faydalı deyil və bəzi növlər sağlamlığa ciddi zərər verə bilər. Onun sözlərinə görə, ən faydalı şorbalardan biri qaymaqsız hazırlanmış tərəvəz şorbasıdır. Həkim qeyd edib ki, bişirmə və blenderdən keçirmə zamanı liflər yumşalır, lakin faydalı xüsusiyyətlərini itirmir. Bu cür şorbalar vitamin və antioksidantlarla zəngin olur, bağırsaqlara əlavə yük yaratmır və xüsusilə xəstəlikdən sonra bərpa dövründə faydalıdır.  

Qastroenteroloq az yağlı toyuq bulyonunun da faydalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə bulyon soyuqdəymə və virus infeksiyaları zamanı orqanizmə müsbət təsir göstərir. Həkim əlavə edib ki, ilk qaynama suyu mütləq tökülməlidir ki, artıq yağ və ağır maddələrdən təmizlənsin.  

Mütəxəssis meşə göbələklərindən və ya şiitake göbələyindən hazırlanan şorbaları da faydalı hesab edib. Bildirilib ki, bu şorbalar aşağı kalorili olmaqla yanaşı immuniteti gücləndirən beta-qlükanlarla zəngindir. Bununla belə, belə yeməklər azyaşlı uşaqlara və həzm problemi olan şəxslərə tövsiyə edilmir.  

Həkim ən zərərli şorbalar sırasında isə solyankanı göstərib. O bildirib ki, müxtəlif növ yağlı ət, hisə verilmiş məhsullar və turşuların birləşdiyi bu yemək həddindən artıq duz, xolesterin və purin ehtiva edir. Bu isə xüsusilə yüksək təzyiq, podaqra və oynaq xəstəlikləri olan insanlar üçün təhlükəlidir.  

Qastroenteroloq uzun müddət qaynadılan sümük bulyonlarının da riskli olduğunu deyib. Onun sözlərinə görə, saatlarla bişirilən sümük bulyonunda ağır metal duzları və histamin toplana bilər ki, bu da allergik reaksiyalar və ödem yarada bilər.  

Bundan əlavə, paket və ya stəkan şorbaların tez-tez istifadəsi də məsləhət görülmür. Həkim qeyd edib ki, bu məhsulların tərkibində dad artırıcılar, hidrogenləşdirilmiş yağlar və müxtəlif qatqılar olur ki, onlar mədə selikli qişasını qıcıqlandıra və qastrit riskini artıra bilər.  

Mütəxəssis sonda vurğulayıb ki, sağlam insanın hər gün mütləq şorba içməsi vacib deyil. Onun fikrincə, orqanizm lazım olan mayeni digər qidalardan da ala bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
23
50
editor.az

10Mənbələr