AZ

Yorğun oyanırsınız? Səhərlər 20 dəqiqə bunu edin

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Səhər yuxudan oyanan zaman yaranan halsızlıq və diqqət dağınıqlığını aradan qaldırmağın ən effektiv yolunu müəyyən edilib.

Milli.Az xəbər verir ki, "Building and Environment" jurnalında dərc olunan araşdırma göstərib ki, oyanma keyfiyyəti birbaşa yataq otağına daxil olan təbii işığın vaxtından asılıdır.

Alimlər laboratoriya şəraitində 3 fərqli oyanma metodunu müqayisə edib. Təcrübədə iştirak edən gənclər üzərində aparılan müşahidələr sübut edib ki, oyanma saatından cəmi 20 dəqiqə əvvəl otağa daxil olan təbii işıq beyin fəaliyyətini aktivləşdirmək üçün ən ideal vasitədir. Bu üsulla oyanan şəxslər həm özlərini daha gümrah hiss edir, həm də diqqət tələb edən testlərdə daha yüksək sürət nümayiş etdirir.

Tədqiqatın maraqlı məqamlarından biri odur ki, işığın otağa çox erkən daxil olması yuxu keyfiyyətini aşağı salır. Çünki uzunmüddətli işıq təsiri tez-tez oyanmalara səbəb olur ki, bu da insanın özünü yorğun hiss etməsi ilə nəticələnir. 20 dəqiqəlik qısa və mülayim işıq isə bioloji saatı zədələmədən bədəni təbii şəkildə oyadır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
news.milli.az

2Mənbələr