AZ

Türkiyə Avropanın müdafiə planına daxil edilir – Berlindən mühüm siqnallar

Türkiyənin Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin anonsu verilib. Ankara ilə Brüssel arasında müdafiə və sənaye əməkdaşlığının genişləndirilməsi gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində keçirdiyi görüşlər zamanı bildirib ki, Ankaranın Avropa İttifaqına inteqrasiyası artıq təkcə Türkiyə üçün deyil, Aİ-nin özü üçün strateji zərurətə çevrilib.

Onun sözlərinə görə, yaxın dövrdə əsas addımlardan biri Türkiyə ilə Avropa İttifaqı arasında Gömrük Birliyinin yenilənməsi olacaq.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful da Türkiyə ilə əlaqələrin dərinləşdirilməsini dəstəkləyib. O, Türkiyəni NATO-nun əsas müttəfiqlərindən biri adlandıraraq, Ankaranın Avropa İttifaqının müdafiə və sənaye siyasətinə daha fəal şəkildə daxil edilməsinin vacibliyini vurğulayıb.

 

Musavat.com

Seçilən
20
7
musavat.com

10Mənbələr