AZ

Maydakı noyabr havası turizmə necə təsir edir?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bu il qeyri-sabit hava şəraiti ölkənin dağlıq və turizm bölgələrində özünü daha qabarıq göstərir. Xüsusilə Şahdağ kimi yüksək dağlıq ərazilərdə may ayında müşahidə olunan qar həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edib. Yay mövsümünə hazırlıq görən turizm sektoru isə bu gözlənilməz “qış dönüşü”nün təsirini müxtəlif istiqamətlərdə hiss edir. Hotellərin fəaliyyəti, turist axını və xərclər fonunda yaranan bu vəziyyət sektor üçün həm yeni imkanlar, həm də müəyyən çətinliklər formalaşdırır.Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, bu il havalar mövsümə uyğun olmayaraq qeyri-sabit keçir və bunun nəticəsində şəhər ərazilərində güclü yağışlar, şəhərətrafı dağlıq bölgələrdə isə qar yağışı müşahidə olunur:"Sözsüz ki, bu vəziyyət turizmə də təsirsiz ötüşmür. Çünki artıq may ayıdır və adət etdiyimiz hər ilki may ayından fərqli olaraq bu il hava bir qədər qeyri-sabit keçir, yağıntıların normadan artıq düşməsi ilə müşahidə olunur. Ona görə də may ayında olmağımıza baxmayaraq, yay turizm mövsümünün açılmasına hazırlaşan bölgələrdə hava şəraitinin qeyri-sabitliyi turizm sektoruna, xüsusilə də bölgə hotellərinə öz təsirini göstərir. Bu təsir müxtəlif istiqamətlərdə özünü büruzə verir. Bir tərəfdən bu hava şəraiti turistlər üçün cəlbedici ola bilər. Çünki qış mövsümündə Azərbaycana, xüsusilə bölgələrə qar görmək məqsədilə gələn Körfəz ölkələri, Hindistan və Pakistan kimi ölkələrdən olan turistlər üçün may ayında qar görmək xoş bir sürprizə çevrilir".Ekspert deyib ki, hotellər bu cür hava şəraitinə müəyyən qədər uyğunlaşmış olsalar da, yay mövsümü üçün nəzərdə tutulmayan əlavə enerji və yanacaq xərclərinin artması mümkündür:"Bu baxımdan hotellərin xərclərində qismən artım müşahidə oluna bilər.Bununla belə, ümumi mənzərəyə baxdıqda, belə hava şəraiti bəzi hallarda müsbət təsir də yaradır. Məsələn, Şahdağ kimi bölgələrə səfər edən turistlər qar gördükdən sonra planlarını dəyişərək həmin ərazidə bir neçə gün əlavə qalmağı seçə bilirlər. Bu isə hotellər üçün əlavə gəlir deməkdir. Nəticə etibarilə, bu cür hava şəraiti müvəqqəti xarakter daşıyır və yaxın dövrdə daha sabit və isti havaların müşahidə olunacağı gözlənilir",- deyə o bildirib. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
demokrat.az

1Mənbələr