AZ

İki filin davası turistin həyatına SON QOYDU – VİDEO

Hindistanda safari parkında fil turisti əzərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Indian Express” məlumat yayıb.

Hindistanda yerləşən safari parklarının birində dəhşətli bədbəxt hadisə baş verib. İki erkək fil arasında baş verən toqquşma faciə ilə nəticələnib.

Məlumata görə, fillərdən biri digərinə qaçaraq zərbə endirib. Toqquşma nəticəsində heyvanlardan biri yıxılıb və yanında olan qadın turisti bədəni ilə əzib.

Turist aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.

Park rəhbərliyi hadisə ilə bağlı araşdırmalara başlayıb, turistlərin təhlükəsizliyi məsələsi yenidən nəzərdən keçirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr