AZ

ABŞ İranın neft sektoruna yönəlmiş sanksiyaların müvəqqəti təxirə salınmasını qəbul etdi

ABŞ İranın neft sektoruna yönəlmiş sanksiyaların müvəqqəti təxirə salınmasını qəbul etdi

ABŞ-ın İranın neft sektoruna qarşı tətbiq etdiyi sanksiyaların danışıqlar prosesi çərçivəsində müvəqqəti olaraq dayandırılmasını qəbul etdiyi iddia olunub.

AFN.az "Tesnim" Xəbər Agentliyinə istinadən xəbər verir ki, danışıqlar üzrə nümayəndə heyətinə yaxın mənbəyə istinadən yaydığı məlumatda Vaşinqtonun Tehranın neft sektoruna yönəlmiş sanksiyaların müzakirə müddətində müvəqqəti dondurulmasına razılıq verdiyi bildirilib.

Xəbərdə həmçinin İran və ABŞ tərəfindən irəli sürülən təkliflərdəki şərtlərin bir-birinə yaxınlaşdığı iddia edilib.

Sözügedən iddialar ABŞ tərəfindən hələlik rəsmən təsdiqlənməyib.

Seçilən
59
5
afn.az

6Mənbələr