AZ

"Qarabağ" heyətini fransalı vinger ilə gücləndirdi - RƏSMİ

2026/27 mövsümünün transfer çalışmalarına start verən "Qarabağ" ilk futbolçu keçidini gerçəkləşdirib.

Fanat.Az xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb. 

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

Seçilən
20
10
fanat.az

10Mənbələr