AZ

Ədəbiyyat Muzeyində izdiham: bir gündə 3278 ziyarətçi

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Hər il olduğu kimi, bu il də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, gün ərzində bu elm və mədəniyyət ocağını çoxsaylı orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti, ölkədə müvəqqəti məskunlaşan əcnəbilər, eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən qonaqlar ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə yer alan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. Gün ərzində muzeyə gələnlərin sayı 3278 nəfər olub.

Aksiya vətəndaşların Azərbaycanın milli-mədəni irsi ilə tanışlığında muzeylərin rolunun dəstəklənməsinə yönəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
3
azertag.az

4Mənbələr