Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.
"Yeni Sabah" Business Gruzia-ya istinadla xəbər verir ki, bu barədə Hökumət Administrasiyasından məlumat yayılıb.
Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmir yolu xidməti 6 illik fasilədən bərpa olunacaq. Dominos pizza
Qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən sonra elan edilib. Görüşdə tərəflər strateji tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə digər məsələlərlə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun yeni hissəsinin tam istifadəyə verilməsi nəzərdə tutulsa da, konkret müddət göstərilməyib.
Protokolu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Telegram kanalımız