AZ

Belarus ənənəvi qonaqpərvərliyə görə İlham Əliyevə minnətdardır

Belarus Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə və ənənəvi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır.

Publika.az xəbər verir ki, bunu Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko WUF13 çərçivəsində Liderlər Sammitində çıxışı zamanı bildirib.

"Belarus nümayəndə heyəti adından Azərbaycan Prezidenti İlham Əliyevə və WUF13 təşkilatçılarına forumun yüksək səviyyədə hazırlığına və ənənəvi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm", - o deyib.

Onun sözlərinə görə, Belarus karbon qazı tullantılarının azaldılmasını və ətraf mühitə mənfi təsirin aşağı salınmasını, eləcə də bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini prioritet hesab edir.

Seçilən
3
1
publika.az

2Mənbələr