AZ

İnsan orqanizmi iki yaşda qəfil qocalır

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Stanford Universiteti tərəfindən aparılan genişmiqyaslı araşdırma qocalmanın yavaş və mərhələli proses olmadığını, insanların 44 və 60 yaşlarında iki böyük “ani qocalma dalğası” yaşadığını ortaya qoyub.Demokrat.az xəbər verir ki, qocalma adətən zamana yayılan, yavaş və tədrici proses kimi qəbul edilir. Lakin molekulyar səviyyədə aparılan yeni elmi araşdırma göstərir ki, güzgüdə qocalmanın birdən sürətlənməsi hissi sadəcə subyektiv təsir olmaya bilər.Stanford Universitetinin genetika üzrə mütəxəssisi Maykl Snayder və onun komandası müəyyən edib ki, insan orqanizmi həyat boyu iki kritik dönüş nöqtəsindən keçir. İlk böyük dəyişiklik təxminən 44 yaşda, ikinci isə 60 yaş ətrafında baş verir.Mütəxəssislərin sözlərinə görə, hansı molekulyar göstəriciyə baxılmasından asılı olmayaraq, bu yaş dövrlərində orqanizmdə kəskin və ani bioloji dəyişikliklər müşahidə olunur.Risklər tədricən yox, qəfil artırAlimlər yaşlanma ilə bağlı xəstəliklərin mexanizmini daha yaxşı anlamaq üçün 25–70 yaş aralığında olan 108 nəfəri uzun müddət izləyiblər. İştirakçılardan mütəmadi götürülən nümunələr əsasında RNT, zülallar, lipidlər və bağırsaq mikrobiomu daxil olmaqla 135 mindən çox bioloji göstərici təhlil edilib.Məlumatların analizi göstərib ki, Alzheimer və ürək-damar xəstəlikləri kimi risklər zamanla yavaş-yavaş artmır, əksinə bu iki yaş həddindən sonra kəskin şəkildə yüksəlir. Təhlil edilən molekulların təxminən 81 faizində bu kritik dövrlərdən ən az birində ciddi dəyişikliklər qeydə alınıb.Dəyişikliklərin səbəbləri çoxşaxəlidir44 yaş ətrafında baş verən ilk dalğada xüsusilə lipidlər, kofein və alkoqol metabolizması ilə bağlı molekullarda, həmçinin dəri və əzələ toxumalarında ciddi dəyişikliklər müşahidə olunub.Tədqiqatçılar bu dövrün qadınlarda menopauza ilə əlaqəli ola biləcəyini düşünsələr də, nəticələr bunun tək səbəb olmadığını göstərib. Çünki kişilərdə də eyni yaş aralığında oxşar molekulyar dəyişikliklər aşkarlanıb.Bu isə hər iki cinsi əhatə edən daha fundamental bioloji mexanizmlərin mövcudluğuna işarə edir.60 yaş ətrafında ikinci dalğa zamanı isə karbohidrat mübadiləsi, immun sisteminin tənzimlənməsi və böyrək funksiyaları kimi həyati sistemlərdə kəskin dəyişikliklər qeydə alınır.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr