AZ

Liviya Dövləti Prezident Şurasının Sədri: Bakı özündə orijinallıq və modernləşmənin harmonik vəhdətini əks etdirən nümunədir

Bakı özündə orijinallıq və modernləşmənin harmonik vəhdətini əks etdirən nümunədir.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi bildirib.

“Bu mühüm BMT tədbirində bir araya gəlməyimiz münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına Dünya Şəhər Forumunun 13-cü sessiyasına Bakı şəhərində ev sahibliyi etdiklərinə görə səmimi təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bakı şəhəri özündə orijinallıq və modernləşmənin, irs və urban inkişafın gələcəyə yönəlmiş baxışının harmonik vəhdətini əks etdirən nümunədir. Eyni zamanda UN-Habitatna şəhər icmalarının üzləşdiyi çağırışların həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün göstərdiyi davamlı səylərə görə təşəkkürümüzü bildiririk”, - deyə Məhəmməd Yunis Əl-Mənfi qeyd edib.

Seçilən
22
4
apa.az

5Mənbələr