Dani Karvaxal mövsümün sonunda “Real”dan ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu təcrübəli müdafiəçi ilə yollarını ayırdığını rəsmən açıqlayıb. “Kral klubu” futbolçuya və ailəsinə gələcək karyerasında uğurlar arzulayıb.
“Real”ın yetirməsi olan Karvaxal 2013-cü ildən əsas komandada çıxış edirdi. O, Madrid təmsilçisinin heyətində 450 oyunda 14 qol vurub.