Bu ilin yanvar-aprel aylarında Azərbaycana 5 milyard 524 milyon 767.31 min ABŞ dolları həcmində məhsul idxal edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatlarında dövlət sektorunun payı 8,23% (454,5 mln. dollar), özəl sektorun payı 82,97% (4 mlrd. 583,8 mln. dollar), fiziki şəxslərin payı isə 8,8% (486,3 mln. dollar) təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında dövlət sektorunun ixracı 7,1 milyard ABŞ dolları, özəl sektorun ixracı 4,76 milyard ABŞ dolları, fiziki şəxslərin ixracı isə 26,3 milyon ABŞ dolları təşkil edib.