AZ

4 ayda fiziki şəxslər tərəfindən Azərbaycana 486 mln. dollarlıq məhsul idxal edilib

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 5 milyard 524 milyon 767.31 min ABŞ dolları həcmində məhsul idxal edilib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatlarında dövlət sektorunun payı 8,23% (454,5 mln. dollar), özəl sektorun payı 82,97% (4 mlrd. 583,8 mln. dollar), fiziki şəxslərin payı isə 8,8% (486,3 mln. dollar) təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında dövlət sektorunun ixracı 7,1 milyard ABŞ dolları, özəl sektorun ixracı 4,76 milyard ABŞ dolları, fiziki şəxslərin ixracı isə 26,3 milyon ABŞ dolları təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
525.az

2Mənbələr