AZ

SEPAH İraqdan İrana külli miqdarda ABŞ silahının keçirilməsinin qarşısını alıb – ÖZƏL

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqdan ölkəyə külli miqdarda silah və sursatın qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıb. 

Olaylar.az xəbər verir ki, "Tasnim" agentliyinin SEPAH-ın bəyanatına istinadən yaydığı məlumata görə, İraqın şimalında yerləşən və ABŞ ilə İsrailin maraqlarına xidmət edən müxalif terror qruplaşmaları İrana yeni Amerika istehsalı olan silahlar keçirməyə cəhd göstəriblər. Sözügedən qruplaşmalar İranın şimal-qərbində, İraqla sərhədə yaxın Kürdüstan əyalətinin Bane şəhəri yaxınlığında keçirilən əməliyyatla neytrallaşdırılıb və reyd zamanı külli miqdarda silah-sursat ələ keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr