AZ

TDT dövlətləri arasında əlaqələrin inkişafı üçün bütün imkanlar mövcuddur- ÖZƏL 

"Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində davamlı addımlar atılır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Quruma üzv dövlətlər arasında əlaqələrin inkişafı üçün bütün imkanlar mövcuddur. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzindədir.  Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması, tranzit və logistika imkanlarının genişləndirilməsi türk dövlətlərinin iqtisadi əlaqələrinin güclənməsinə mühüm töhfə verir. Enerji sahəsində əməkdaşlıq da Türk Dövlətləri Təşkilatı çərçivəsində prioritet istiqamətlər sırasında yer alır. Azərbaycan zəngin enerji resursları ilə regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, yaşıl enerji gündəliyi və bərpaolunan enerji sahəsində əməkdaşlıq türk dövlətləri arasında yeni strateji istiqamətlərdən biridir. Türk xalqlarının ortaq tarixi-mədəni irsinin qorunması, təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, gənclər və media platformalarının inkişafı təşkilatın humanitar gündəliyində mühüm yer tutur. Göründüyü kimi, Türk dünyasının birliyi, Türk Dövlətləri Təşkilatının çoxtərəfli əməkdaşlıq platformasına çevrilməsi istiqamətində səylər daha da artırılır, yeni prioritetlər müəyyənləşdirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr