AZ

Dünya ticarətinə Tehran nəzarət edəcək — İran Hörmüz boğazı üçün şok addım atdı

Qlobal enerji daşımalarının və dünya ticarətinin ən kritik keçid nöqtəsi olan Hörmüz boğazı ətrafında beynəlxalq birjanı və hərbi dairələri ayağa qaldıracaq strateji bir hadisə baş verib.

Turkustan.az xəbər verir ki, "Al Jazeera" telekanalının yaydığı son dəqiqə məlumatına görə, İran rəsmən Hörmüz boğazının idarə edilməsi üzrə yeni agentliyin fəaliyyətə başladığını elan edib.

Fars körfəzi Boğazı İşləri üzrə İdarə (PGSA) adlanan bu yeni struktur artıq "X" (keçmiş Twitter) sosial şəbəkəsində öz rəsmi hesabını istifadəyə verib. Bildirilir ki, sözügedən agentlik Hörmüz boğazında həyata keçirilən bütün hərbi və mülki əməliyyatların gedişatı, eləcə də gəmilərin hərəkəti barədə real vaxt rejimində mütəmadi olaraq yenilikləri və rəsmi hesabatları paylaşacaq.

Bu sensasion qurumun yaradılması və fəaliyyətə başlaması barədə məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurası və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri sosial şəbəkələr vasitəsilə rəsmən təsdiqləyiblər. Hərbi və iqtisadi ekspertlər bu addımı Tehranın dünya neft nəqlinin təxminən beşdə birinin keçdiyi bu strateji su yolunu tam nəzarətə götürmək və Qərbə qarşı yeni bir təzyiq rıçaqı yaratmaq cəhdi kimi qiymətləndirirlər. ABŞ-ın İrana qarşı mümkün hərbi zərbələr endirəcəyi barədə xəbərdarlıqların fonunda belə bir agentliyin yaradılması regionda gərginliyi pik həddə çatdırıb. Hazırda Ağ Evin və beynəlxalq dəniz təhlükəsizliyi təşkilatlarının İranın bu birtərəfli nəzarət mexanizminə necə reaksiya verəcəyi bütün dünyada böyük narahatlıqla izlənilir. /Musavat.com

Seçilən
4
4
turkustan.az

5Mənbələr