AZ

Bu rayonun Peşə Təhsil Mərkəzinə direktor TƏYİN OLUNDU

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktor vəzifəsinə yeni təyinat olub.

Ucnoqta.az xəbər verir ki, Ramil Əmənov təhsil mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Bildirilib ki, Ramil Əmənov 2003-cü ildə Gəncə Dövlət Universitetində tarix ixtisası üzrə bakalavriat, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetində Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistratura təhsili alıb.

Əmək fəaliyyətinə ümumtəhsil müəssisələrində pedaqoq kimi başlayıb. Daha sonra müxtəlif dövlət orqanlarında, həmçinin Cəlilabad Rayon İcra Hakimiyyətində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində dövlət qulluqçusu kimi çalışıb.

2025-ci ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

2026-cı ilin yanvar ayından etibarən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinin icrası ona həvalə edilib.

Seçilən
22
8
ucnoqta.az

10Mənbələr