ABŞ prezidentinin Afrika və Ərəb ölkələri üzrə baş müşaviri Massad Bulos bildirib ki, Liviyanın iki güc mərkəzi BMT və ABŞ-ın vasitəçiliyi ilə sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlib. Olaylar.az xəbər verir ki, razılaşmaya əsasən, Benqazi və Tripolidə fəaliyyət göstərən birgə sərhəd təhlükəsizliyi koordinasiya mərkəzləri işini davam etdirəcək.
Bulos qeyd edib ki, ABŞ Liviyanın birliyini dəstəkləyir. O, "Flintlock 2026" birgə hərbi təlimlərini və ortaq milli büdcənin qəbulunu bu istiqamətdə mühüm addım adlandırıb. ABŞ rəsmisinin sözlərinə görə, vahid büdcə xarici investisiyaların artmasına və Liviya neft ixracının genişlənməsinə şərait yarada bilər.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31