Sosial şəbəkələrdə yayılan “Güclü Şillə” yarışmasına aid görüntülər qısa müddətdə gündəm olub.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yarış zamanı qadın iştirakçılardan biri rəqibinə aldığı sərt şillədən sonra onun ağlamağına lağ edib.
Həmin anlar kameralar tərəfindən lentə alınıb və sosial mediada geniş yayılıb.
Lakin hadisələrin gedişi qısa müddət sonra dəyişib. Növbə həmin iştirakçıya çatdıqda, rəqibindən aldığı güclü şillənin təsirindən tarazlığını itirərək yerə yıxılıb. Onun bir müddət özünə gəlməkdə çətinlik çəkdiyi müşahidə olunub.
Yarışmada yaşanan qarşılıqlı reaksiyalar və gərgin anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülər minlərlə istifadəçi tərəfindən paylaşılıb və müxtəlif şərhlərlə qarşılanıb.
Musavat.com